Qurban Yetirmişli: “Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var” | 1news.az | Xəbərlər
Cəmiyyət

Qurban Yetirmişli: “Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var”

18:59 - 05 / 11 / 2016
Qurban Yetirmişli: “Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var”

“Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir”.

1news.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

“Orada zəlzələ olub və yenə də olacaq”, - deyə Q. Yetirmişli qeyd edib.

"Günəşli", "Ümid" və "Bahar" yataqları ətrafında, platformaların üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?" sualına cavab olaraq direktor qeyd edib ki, həmin stansiyalar alınıb, lakin quraşdırılmayıb: "Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz var. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın anbarındadır".

Qeyd edək ki, noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində "Günəşli" yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

Xatırladaq ki, dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

1news.az

Paylaş:
750

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər