Hacıqabulda qızı tərəfindən döyülən ana ölüb
Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb.
1news.az Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb.
T. Babayeva ötən gecə qardaşının evində ölüb. Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.
Ölən qadının qardaşı Günəş Həsənov iddia edir ki, bacısı qızı tərəfindən döyülmə nəticəsində ölüb. Ailənin digər üzvləri qadının xəstəlikdən öldüyünü qeyd edirlər.
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
1news.az
464