Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub – FOTO

13:07 - 07 / 11 / 2016
Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub – FOTO

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı ölkənin Zeeland bölgəsinin, Zierikzee şəhərində Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirib. Şəhərin kinoteatrlarından birində baş tutan tədbirdə Niderlandda nəşr olunan “Wereldregio” qəzetinin Baş redaktoru Aad van der Vouden aparılıcıq edib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri Vüqar Abbasov qonaqları salamlayaraq Schouwen Duiveland bələdiyyəsinin başçısı  Xerard  Rabelinkə söz verib və ona Azərbaycanla bağlı kitab hədiyyə edib. Bələdiyyə sədri öz növbəsində “Connect” təşkilatının fəaliyyətindən danışıb, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.

Daha sonra “Connect” təşkilatının katibi Vim van Embden Azərbaycanla bağlı görüntülü təqdimat edib. Təqdimatda Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salınıb, 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə məlumat verilib. Vim van Embden Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını paylaşıb, ölkəmizin gözəlliyindən, insanların qonaqpərvərliyindən, Azərbaycandakı tolerantlıqdan söhbət açıb. Təqdimatın ardınca Azərbaycan haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.

Daha sonra kiçik viktorina keçirilib. İştirakçılara Azərbaycana aid suallar verilib və cavabı düzgün tapanlara  hədiyyə çekləri, Azərbaycan haqqında kitablar hədiyyə olunub. Azərbaycanın neçə faiz torpağının işğal olunması və işğal olunan ərazinin adı ilə bağlı xüsusi suala cavab verən iştirakçı isə əlavə olaraq kinoya bilet qazanıb.

Bundan sonra isə Niderlandda yaşayan soydaşımız, nəqliyyat və daşımaçılıq üzrə mütəxəssis Nurlan Ağayev təbdir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, buradakı sərmayə imkanları ilə bağlı görüntülü təqdimat edib. Təqdimat eyni zamanda Azərbaycanın turizm imkanlarını əhatə edib. Nurlan Ağayev Azərbaycanın sərmayədarlar  üçün  maraqlı, cəlbedici xüsusiyyətlərinə diqqəti çəkərək zalda olan iş adamlarını bu ölkəyə yatırım etməyə çağırıb. N.Ağayev eyni zamanda niderlandlıların turizmə marağını nəzərə alaraq Azərbaycanda turistlərin istirahəti üçün yaradılan imkanlardan da danışıb.

Tədbirin sonunda qonaqlara skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda canlı olaraq Azərbaycan musiqiləri təqdim olunub.

Tədbirdə yerli iş adamları, siyasi partiyaların təmsilçiləri, Schouwen Duiveland bələdiyyəsi ərazisində yaşayan soydaşlarımız və yerli media qurumlarının  nümayəndələri iştirak edib.

1news.az

Paylaş:
604

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər