Mülayim və yağmursuz hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mülayim və yağmursuz hava şəraiti davam edəcək

14:01 - 07 / 11 / 2016
Mülayim və yağmursuz hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.  Cənub küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

1news.az

 

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər