İlham Şaban Azərbaycanın “Şahdəniz” konsorsiumundan qaz alması barədə
SOCAR-ın neft və qaz daşınması və qaz təsərrüfatı üzrə vitse-prezidenti Rəhman Qurbanov “Natural Gas World” drəgisinə müsahibəsində cari ilin 9 ayı ərzində Azərbaycanın “Şahdəniz” yatağından 2,64 milyard kubmetr qaz hasil etdiyini deyib.
1news.az-ın verdiyi məlumata əsasən, R. Qurbanov bu həcmlərin daxili bazarda “mavi yanacağa” olan tələbatı ödəmək üçün alındığını bildirib.
Bir çox yerli KİV-lər bu xəbəri sensasiya kimi qələmə verib. Bununla bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana müraciət etdik.
Onun sözlərinə görə, bu məlumatda daha dəyərli olan hadisənin özü deyil, onun statistik göstəriciləridir. Yəni, “Şahdəniz” yatağından Azərbaycanın daxili bazarına hansı həcmdə qaz ötürülüb.
“2000-ci ilin dekabrın 31-dən 2006-cı ilədək Azərbaycan Rusiya qazını idxal edirdi. Həm də, idxal həcmləri müxtəlif illərdə 4 milyard kubometr göstəricisini aşırdı. 2007-ci ildən Azərbaycan idxal həcmlərini “Şahdəniz” yatağından hasil edilən qazla əvəz edir.
Beləliklə, Azərbaycan 2007-ci ildən öz tələbatını ödəmək üçün “Şahdəniz” yatağından qaz alır. Bu heç kimə sirr deyil”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, yataqdan hasil edilən qazın demək olar ki, 1/3-ü yerli bazar üçün nəzərdə tutulurdu.
“Buna görə də, Azərbaycanın “Şahdəniz” konsorsiumundan qaz alması yeni bir xəbər deyil”, - deyə İ.Şaban vurğulayıb.
1news.az