“Italdizain Group” şirkətindən inanılmaz hədiyyənin sahibi açıqlandı – FOTO
“Italdizain Group” tərəfindən keçirilən “Payız Festivalı” çərçivəsində son bir ayda şəhərimizin bir sıra butiklərərində müxtəlif maraqlı, mədəni-əyləncəli tədbirlər keçirilib.
Müştərilər üçün sevdikləri brendlərin yenilikləri haqda maraqlı prezentasiyalar və unudulmaz master-klaslar təşkil olunub. Festival çərçivəsində keçirilən tədbirlər hər yaşdan olan insanları əhatə etdiyindən şəhərimizin sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Bu həftəsonu isə “Payız Festivalı” “Ambiance Home Textile” butikində yekunlaşıb!
Beləliklə, festival zamanı 28 May küçəsindəki “Italdizain” butiklərində alış-veriş edən hər kəs Laplandiyaya 2 nəfərlik unudulmaz səyahət paketi əldə etmək imkanı qazanıb.
Noyabrın 4-ü isə sehrli Laplandiyada 2017-ci ili qarşılayacaq bu bəxtəvər müştərinin kimliyi açıqlandı!
Qalibi təbrik edir və səyahətdən şirin xatirələrə çevriləcək gözəl təəssüratlarla dönməyi diləyirik.
Reklam hüququnda