Getulio Vargas Fondunun professoru siyasi təhlilçi Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Getulio Vargas Fondunun professoru siyasi təhlilçi Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb – Newtimes.az

16:23 - 07 / 11 / 2016
Getulio Vargas Fondunun professoru siyasi təhlilçi Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb – Newtimes.az

Braziliyada nüfuzlu ali təhsil ocağı və tədqiqat mərkəzi olan Getulio Vargas Fondunun professoru, siyasi təhlilçi Monik Soçaşevski "Huffpost Brazil" internet portalında Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın Azərbaycana səfəri haqqında fikirlərini bölüşüb (bax: Monique Sochaczewski. Rodrigo Maia e a ignorância sobre o Azerbaijão / ''Brasilpost.com.br'', 31 oktyabr 2016).

M.Soçaşevski Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsinin ölkə seçimi nöqteyi-nəzərindən yerli kütləvi informasiya vasitələrində maraq doğurduğunu qeyd edib. O, bəzi Braziliya KİV-lərinin Azərbaycanı "ekzotik Asiya ölkəsi” kimi təsvir etdiyini, bəzilərinin isə Mərkəzi Asiyada yerləşdiyini bildirdiyini vurğulayıb.

Müəllifin sözlərinə görə, əslində, Azərbaycan haqqında ilk gözəçarpan məqam ölkənin multikultural xarakteridir. O, Azərbaycanın müxtəlif millətlərin və dinlərin kəsişməsində yerləşən əsrarəngiz ölkə olduğunu qeyd edib. Sonra Azərbaycandakı yəhudi icması haqqında məlumat verən M.Soçaşevski, müsəlman ölkəsində yəhudi icmasının əsrlər boyu sülh və əmin-amanlıqda yaşadığını vurğulayıb və Azərbaycanın bu sahədə təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.

M.Soçaşevskinin fikirlərinə əsasən, R.Mayanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı diqqət mərkəzində olacaq ikinci məsələ Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ağır nəticələr olacaqdır. O, Sovet İttifaqının dağılmasından sonra, 1992-94-cü illərdə Azərbaycan və qonşusu Ermənistan arasında baş vermiş müharibə nəticəsində 20 mindən artıq insanın həyatını itirdiyi, 1 milyon insanın qaçqın düşdüyü və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı 7 ətraf rayonunun Ermənistan tərəfindən zəbt edildiyini və beləliklə, Azərbaycanın 20% ərazisinin işğal olunduğunu vurğulayıb.

Müəllif hər bir azərbaycanlının mugam, mətbəx, xalça kimi movzularda söhbətləri Ermanistan tərəfinden işğal edilmiş Qarabağ ilə əlaqələndirdiyini qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinin təkcə Azərbaycan diplomatiyasının əsas vəzifəsi olmadığını eyni zamanda, bütövlükdə Azərbaycan xalqının ən vacib məsələsi olduğunu vurğulayıb.

M.Soçaşevski "Azərbaycanın Braziliyada gündəmə gətirilməsinə" görə Rodriqo Mayaya təşəkkürünü bildirib. Müəllif Azərbaycanın Braziliyadakı səfirliyinin 2012-ci ildən aktiv şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın vacib ölkə olduğunu, güclü neft sənayesinə malik olduğunu və Avrasiyada mühüm rol oynadığını vurğulayıb. M.Soçaşevski Azərbaycanın böyük Avropanın tərkib hissəsi olduğunu, həmçinin, ölkənin Avroviziya mahnı müsabiqəsi və Avropa Olimpiya Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Müəllif 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində Nobel və Rotşild kimi ailələrin Azərbaycana gəldiyini misal gətirərək Azərbaycanın tarixən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu, neft-qaz sahəsində aparici ölkə olduğunu bildirib və hazırda Azərbaycanın Cənubi Qafqazda cox vacib rol oynadığını qeyd edib.

Newtimes.az

Paylaş:
615

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər