Bakıda klassik avtomobillərin paradı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda klassik avtomobillərin paradı keçiriləcək

16:43 - 07 / 11 / 2016
Bakıda klassik avtomobillərin paradı keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə klassik avtomobillərin paradını təşkil edəcək.

Federasiyadan 1news.az-a verilən məlumata görə, bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə əlaqə saxlaya bilərlər. Qeydiyyatdan keçən avtomobillər 9 noyabr saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirəcək.

Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı 9 noyabr saat 12:00-dan 16:00-dək Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisini də keçirəcək. Sərgiyə giriş sərbəstdir.

1news.az

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər