Fərdi uçot sistemində qeydiyyatda olanların sayı son bir ayda 20,2 min nəfərdən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı son bir ayda 20,2 min nəfərdən çox artıb

16:47 - 07 / 11 / 2016
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı son bir ayda 20,2 min nəfərdən çox artıb

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 156 758 nəfər, o cümlədən oktyabr ayında 20 234 nəfər üçün fərdi şəxsi hesab açılıb. 

Bununla da 1 noyabr 2016-cı il tarixinə fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 336 912 nəfərə çatıb. 

Nazirlikdən verilən məlumata görə, vətəndaşların gələcək etibarlı pensiya təminatı üçün fərdi hesablarında pensiya kapitalı toplamalarına imkan yaradan bu sistemdə qeydiyyatda olanların 673 515 nəfəri (20,2 faiz) 30 yaşa qədər, 850 054 nəfəri (25,5 faiz) 30-40 yaşlarında olan şəxslərdir. Həmçinin sistemdə qeydiyyata alınanlar arasında 40-50 yaşlarında olanlar 669 295 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 702 513 nəfər (21,1 faiz) təşkil edir. Qalanları isə 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir. 

Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan vətəndaşlar onlar üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası, hesablarında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə etmək imkanına malikdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti fəaliyyət göstərir. 

Həmçinin nazirliyin “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və digər e-xidmətləri vasitəsilə vətəndaşlar müvafiq sahələrdə xidmətlərdən elektron müstəvidə və şəffaf şəkildə faydalanmaq imkanlarına malikdirlər.

1news.az

Paylaş:
384

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər