Elmar Məmmədyarov: “Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi yolu ilə pozulması qəbuledilməzdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmar Məmmədyarov: “Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi yolu ilə pozulması qəbuledilməzdir”

20:57 - 07 / 11 / 2016
Elmar Məmmədyarov: “Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi yolu ilə pozulması qəbuledilməzdir”

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni ilə görüşüb.

1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini söyləyiblər. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli siyasi əlaqələrimizin fundamental əsasını təşkil etdiyini vurğulanıb.

Nazir Elmar Məmmədyarov İtaliya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunub.

İtaliyalı nazir Paolo Gentiloni qeyd etdi ki, ölkələrimiz arasında möhkəm və etibarlı tərəfdaşlıq mövcuddur, əlaqələrimizin möhkəm siyasi əsası vardır və mükəmməl iqtisadi əməkdaşlığa malikik. O, həmçinin vurğuladı ki, onun ölkəsi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfələr verdiyini qeyd edib.

Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq TAP layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətindən söz açıblar. Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrin inkişafından razılıq ifadə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında siyasi münasibətlərə töhfə verdiyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib, İtaliya şirkətlərinin bu layihənin imkanlarından faydalanacağını deyib.

İtaliyanın ATƏT-in Minsk qrupunun üzv dövlətlərindən biri olduğunu və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb.

Nazir həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.

Görüşdə həmçinin, İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu uğurlu əməkdaşlığın qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı, tekstil-trikotaj, dəri emalı, tikinti materialları istehsalı, turizm, mədəniyyət və elmi-texniki əməkdaşlıq sahəsində də davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.

1news.az

Paylaş:
484

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər