Amerikalı mütəxəssislər azərbaycanlı tələbələrə seminar keçiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerikalı mütəxəssislər azərbaycanlı tələbələrə seminar keçiblər

11:54 - 07 / 11 / 2016
Amerikalı mütəxəssislər azərbaycanlı tələbələrə seminar keçiblər

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Yoxlama və Materiallar Cəmiyyəti (ASTM) və Amerika Neft İnstitutu (APİ) ilə birlikdə Azərbaycanın texniki yönümlü universitetləri üçün seminar keçirilib.

BANM-dan 1news.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın ondan artıq ali təhsil müəssisəsi – Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sumqayıt Dövlət Universiteti təmsil olunub.

BANM-ın rektoru Elmar Qasımov seminarın Azərbaycan universitetlərində tədris prosesinin effektiv təşkil olunması məqsədilə testlə bağlı vahid standartların və normaların hazırlanması və tətbiq olunması üçün əhəmiyyətini vurğulayıb.

ASTM-ın satış və marketinq üzrə vitse prezidentinin köməkçisi Ceyms Tomas hesabatla çıxış edərək ASTM tərəfindən tətbiq olunan standartlardan və test metodlarından, onlayn tədris proqramlarından və elektron kitabxanaların təşkil olunmasından danışıb.

Qeyd edək ki, ASTM materiallar, məhsul, sistem və xidmətlər üçün standartlar hazırlayan beynəlxalq təşkilatdır. Amerikanın Neft İnstitutu (APİ) ABŞ-ın bütün aspektləri araşdıran və neft-qaz sənayesində məsələlərin həlli ilə bağlı fəaliyyətini təmin edən yeganə qeyri hökumət təşkilatıdır. ASTM və APİ neft-qaz sənayesi üzrə sənədləşmə üçün müəyyən standartların hazırlanmasında əməkdaşlıq edirlər.

1news.az

Paylaş:
457

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər