Bakıda 26 yaşlı gəlin ərini öldürüb - Qətlin təfərrüatı – VİDEO
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən dəhşətli qətli bəzi təfərrüatları məlum olub.
1news.az Xəzər TV-yə istinadən xəbər verir ki, 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib.
Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla ərinə bir neçə zərbə vurub. Ağır xəsarət alan Şəmsi Babayev elə hadisə yerindəcə ölüb.
Qohumların sözlərinə görə cütlük bir neçə il əvvəl ailə qurub. Təxminən iki il əvvəl isə Gülər ana olub. Ərlə arvad tez-tez ailədaxili məsələlər üstündə mübahisələr ediblər.
Mərhumun yaxınları iddia edirlər ki, Şəmsi Babayevi Gülər qohumları ilə birlikdə öldürüb.
Hadisə ilə əlaqədar Sabunçu polisi Gülər Mirzəyeva şübəhli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində həyat yoldaşını qətlə yetirməsini etiraf edib. Faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda maddəsi ilə cinayət iş başlanılıb.
1news.az