Bakıda tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib

13:36 - 08 / 11 / 2016
Bakıda tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib

Noyabrın 7-də tələbələr üçün  biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib.

1news.az-ın məlumatına görə, “AtaHolding” Keyfiyyət şöbəsinin rəisi  Elməddin Hüseynov tərəfindən aparılan təlimdə Azərbaycanın müxtəlif  ali məktəblərində təhsil alan tələbələr iştirak ediblər.

E.Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac var. Fəaliyyət sahələrinə uyğun olaraq əməyin mühafizəsi, informasiya təhlükəsizliyi, ətraf mühit, qida təhlükəsizliyi və digər idarəetmə sistemlərini tənzimləyən beynəlxalq standartlar mövcuddur. Lakin bütün idarəetmə sistemlərinin bazasını keyfiyyət idarəetmə sistemi təşkil edir. Bu sistem İSO 9001 beynəlxalq standartın tələblərinə əsaslanır.

Təlimdə tələbələrə Keyfiyyət menecment sisteminin səmərəsi və tətbiq mərhələləri, müəssisə fəaliyyətində maraqlı tərəflər və onların maraq dairələri, hədəf planlaması, menecmentə sistemli yanaşma, biznes proseslərin əhəmiyyəti və tərtibi metodları barədə məlumat verilib, praktiki qrup çalışması aparılıb.

Qeyd edək ki, tədbirdə “Excelsior Hotel & Spa Baku” otelinin keyfiyyət idarəetmə sistemi üzrə nümayəndəsi  Kamran Rzayev  və  “AtaSığorta”  ASC-nin keyfiyyət idarəetmə sistemi üzrə nümayəndəsi  Xədicə Nəsirova da iştirak ediblər və tələbələrin otel və sığorta sahələrində keyfiyyət idarəetmə sistemi ilə bağlı  maraqlandıran sualları cavablandırıblar.

1news.az

Paylaş:
800

Son xəbərlər

Bütün xəbərlər