Tanınmış jurnalistə vəzifə verildi
Elvin Şirinli sektor müdiri təyin olunub.
1news.az-ın verdiyi xəbərə görə, tanınmış jurnalist Elvin Şirinli “ABAD” Mərkəzlərinin (Ailə Biznesinə Asan Dəstək) ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri vəzifəsinə təyin olunub.
Məlumatı saytımıza təsdiqləyən E.Şirinli bildirdi ki, o, əhalinin “ABAD” haqqında məlumatlandırılması və KİV-lə əlaqələrin təyin edilməsi istiqamətində çalışacaq.
Xatırladaq ki, ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsi yaradılıb.
1news.az