Neft cüzi bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft cüzi bahalaşıb

09:19 - 08 / 11 / 2016
Neft cüzi bahalaşıb

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.02% artaraq 46.25 dollar olub.        

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.10% artaraq 44.87 dollar təşkil edib.

1news.az

Paylaş:
1255

Son xəbərlər

Bütün xəbərlər