ABŞ-da ilk səs verən yaşayış məntəqəsində seçkilər keçirildi
Köhnə ənənəyə əsasən, ABŞ-da keçirilən seçkilərdə ilk növbətə Nyu-Hempşir ştatının kiçik Diksvill-Notç kəndinin sakinləri səs verir.
1news.az-ın USA Today-ə istinadən verdiyi məlumatına əsasən, kəndin seçiciləri artıq səs verib və çoxu Hillari Klintona səs verib.
Diksvil-Notçun seçiciləri yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 09:00) səs veriblər.
4 nəfər səsini Hillari Klintona, 2 səs nəfər isə Donald Trampa veriblər.
Qeyd edək ki, bu ənənə 1960-cı ildə yaranıb.
O vaxtdan bu yanadək Diksvil-Notçda seçki dairəsi yerli vaxtla 00:00-da açılır və 1 dəqiqə sonra bağlanır.
Mövzu ilə əlaqədar oxuyun: Bu gün ABŞ-da prezident seçkiləri keçirilir
1news.az
718