Rusiyadan Azərbaycana gələn şəxsin əl yükündə silah aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyadan Azərbaycana gələn şəxsin əl yükündə silah aşkar edilib

18:26 - 09 / 11 / 2016
Rusiyadan Azərbaycana gələn şəxsin əl yükündə silah aşkar edilib

Rusiyada Azərbaycana pnevmatik tapança keçirmək istəyən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan  vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib.

Yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən  hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər