İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayırıb

18:32 - 10 / 11 / 2016
İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər