Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

14:35 - 11 / 11 / 2016
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

1news.az-a nazirliyin  mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Bildiririk ki, cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilmişdir.

“Staybridge Suites Baku” – 4 (dörd) ulduz superior

“Neapol” –             4 (dörd) ulduz

“Baku İnn Hotel” – 4 (dörd) ulduz

“Xan Lənkəran” –    4 (dörd) ulduz

“Manor” –    3 (üç) ulduz

Qeyd edirik ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatmışdır. 

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər