Sevinc Fətəliyeva: Tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Fətəliyeva: Tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir

17:15 - 11 / 11 / 2016
Sevinc Fətəliyeva: Tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edir.

1news.az-ın verdiyi xəbərə görə, Sevinc Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.

Deputat noyabrın 10-da “Uşaqların radikallaşmadan və ekstremizmdən qorunması” mövzusunda keçirilən iclasda çıxış edib. O deyib ki, bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Azərbaycanda isə xalq ənənəvi İslam dəyərlərinə əməl etdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir. Cəmiyyət birmənalı şəkildə onları qəbul etmir və bu sahədə müvafiq qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır.

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlığın Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrildiyini vurğulayan S.Fətəliyeva bildirib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməyib, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşayıblar. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir.

S.Fətəliyeva deyib:

“Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Beynəlxalq böhran bir daha onu göstərdi ki, tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, həmçinin cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz bu sahədə fəaliyyətimizi birləşdirərək cəmiyyətin hər bir fərdinin sağlam mühitdə tərbiyə almasına töhfə verməkdir. Bunun müsbət həlli üçün isə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, bu işə məsuliyyətlə yanaşmalıdır.

1news.az

 

Paylaş:
622

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər