Bank Respublika cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqladı

19:30 - 11 / 11 / 2016
Bank Respublika cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqladı

1 Oktyabr 2016-cı il tarixinə Bankın aktivləri 913 milyon manat səviyyəsinə çatmışdır ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Hesabat dövrünün sonuna Bankın kredit portfeli 251 milyon manat təşkil edib. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı ötən ilin eyni dövrünə nisbətən 2% azalmaqla 9.3%-dən aşağı enmişdir.

Bankın gəlirləri 34 mln. manat, xərcləri isə 19 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində aktivlər üzrə 50 mln. manat əlavə ehtiyyatlar yaradılmışdır.

Bankın depozit portfeli 229 milyon manat təşkil edərək, cari  ilin 1-ci rübü ilə müqayisədə 11.4 % artıb.

Bankın likvidlik əmsalının qəbul edilmiş likvidlik normalardan ikiqat artıq olması bir daha təsdiq edir ki, likvidlik yüksək səviyyədədir.

Sentyabr ayında bankın nizamnamə kapitalı 20 mln manat məbləğində artırılmışdır.

Əsasən kart məhsulları ilə seçilən Bank Respublika bu dövrdə aktiv kartların sayını 95 minə çatdırıb və bu kartlar vasitəsilə aparılan əməliyyatların məbləği 2015-ci ilin eyni dövrü ilə müqayisədə 20% daha çoxdur.

Cari ilin 9 ayı ərzində bankın yeni müştərilərinin sayı 1.54 dəfə artmışdır.

Bank Respublika rəqəmsal və elektron bankçılıq xidmətləri üzrə məhsul çeşidinin genişləndirilməsi, şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verərək məsafəli bankçılıq sahəsində: İnternet Şöbə, Mobil Şöbə əlavəsi, “Vektor” ölkədaxili pulköçürmə sistemi, MilliÖN və eManat terminalları vasitəsilə cari hesaba mədaxil kimi xidmətlərini istifadəyə verib.

Paylaş:
899

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər