Masallıda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib – FOTO

12:11 - 11 / 11 / 2016
Masallıda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib – FOTO

Noyabrın 10-da Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin və DQİDK-nın məsul işçiləri, ağsaqqallar, dini icma sədrləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov rayondakı mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycanın dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanındığını bildirib.

Tədbirdə DQİDK-nın nümayəndəsi Əliheydər Zülfüqarovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Ə.Zülfüqarov bildirib ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib.

Diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkən Əliheydər Zülfüqarov qeyd edib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla, onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən ölkəyə çevrilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ-hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin edir, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

Tədbirdə, həmçinin dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib.

Seminarda çıxış edənlər din pərdəsi altında ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
482

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər