Novruz Məmmədov: “Adətən ABŞ-dakı respublikaçı administrasiyalarla daha yaxşı anlaşırıq” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Adətən ABŞ-dakı respublikaçı administrasiyalarla daha yaxşı anlaşırıq”

13:59 - 12 / 11 / 2016
Novruz Məmmədov: “Adətən ABŞ-dakı respublikaçı administrasiyalarla daha yaxşı anlaşırıq”

“Sirr deyil ki, Azərbaycan ABŞ-da respublikaçı administrasiyalarla daha yaxşı əlaqələr qurur və qarşılıqlı anlaşma daha yüksək səviyyədə olur”.

1news.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, ABŞ Demokratlar Partiyası insan haqları və demokratiya anlayışına xüsusi don geyindirərək öz məqsədləri üçün istifadə edir:

“Mənim və heç kəsin etirazı yoxdur ki, insan haqları, demokratiya inkişafın əsas yolu olmalıdır. Lakin güclü dövlət bundan öz məqsədləri üçün istifadə etdikdə, artıq o, qarşısına qoyduğu məqsədə çata bilmir və bilməz də. Demokratlar bundan ifrat istifadə edirlər. Respublikaçılarla isə iqtisadi, siyasi, təhlükəsizlik maraqlarına üstünlük verirlər. Onlarla NATO çərçivəsində, böyük layihələrin həyata keçirilməsində daha yaxşı əməkdaşlıq edirik və qarşılıqlı anlaşma möhkəm olur”.

N. Məmmədov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Donald Trampa göndərdiyi təbrik məktubunda iki ölkə arasında 25 il ərzində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb:

“Bütün sahələrdə yaxşı əməkdaşlıq etmişik. Bir sıra sahələrdə əməkdaşlığımız strateji səviyyəyə qalxıb. Bu illər ərzində təbii ki, müəyyən problemlər də olub. Düşünürük ki, əlaqələrimiz və əməkdaşlığımız daha inkişaf edəcək. Bunun üçün əlimizdə yaxşı mövqe və arqument var. Münasibətlərimizin pis olmasına səbəb yoxdur. Münasibətlərin bazası yaxşıdır. Əlavə üstünlük odur ki, respublikaçılarla münasibətlər həmişə yaxşı olur. Mənfi cəhət isə odur ki, indiki administrasiyanın dövlət katibi bir qədər əvvəl Amerikanın həmsədr kimi mövqeyini ifadə edən normal bəyanat vermədi. Bu, bir insan kimi onun 1990-cı ildəki mövqeyində qaldığını göstərir və çox pisdir. Qarabağ məsələsi ilə bağlı dövlət katibinin mövqeyi mənfi, məkrli mövqe oldu. Bu baxımdan Azərbaycan prezidentinin məktubunda münasibətlərin yüksək səviyyəsi vurğulanmaqla yanaşı, ABŞ-ın həmsədr ölkə kimi münaqişənin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı ötürülür”.

1news.az

Paylaş:
621

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər