Keçmiş məhkum avtomobil qaçırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkum avtomobil qaçırdı

18:16 - 12 / 11 / 2016
Keçmiş məhkum avtomobil qaçırdı

Noyabrın 10-da Bakı şəhər sakini Orxan Əliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran əvvəllər məhkum olunmuş Kamran Məmmədov tutulub.

1news.az

Paylaş:
1037

Son xəbərlər

Bütün xəbərlər