İranla sərhəddə sıxlıq yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İranla sərhəddə sıxlıq yaranıb

14:42 - 14 / 11 / 2016
İranla sərhəddə sıxlıq yaranıb

Ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İranla sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub.

1news.az-ın Dövlət Gömrük Komitsinə istinadən verdiyi xəbərə görə, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son bir gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

“Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq  tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq”- deyə, Komitədən bildiriblər.

1news.az

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər