Neft ucuzlaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft ucuzlaşmaqda davam edir

09:07 - 14 / 11 / 2016
Neft ucuzlaşmaqda davam edir

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti azalmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.59% azalaraq 44.82 dollar olub.     

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.46% azalaraq 43.39 dollar təşkil edib.

1news.az

Paylaş:
1325

Son xəbərlər

Bütün xəbərlər