Suraxanıda ev yanğın hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda ev yanğın hadisəsi baş verib

21:06 - 14 / 11 / 2016
Suraxanıda ev yanğın hadisəsi baş verib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə, mətbəxin yanar konstruksiyaları və əşyaları 6 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın və dəhlizin lambirdən ibarət tavanı 8 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər