7 kiloqramdan artıq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

7 kiloqramdan artıq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb – FOTO

12:08 - 14 / 11 / 2016
7 kiloqramdan artıq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb – FOTO

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­yəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər.

1news.az-ın məlumatına görə, sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz döv­riy­yə­dən çıx­arıl­ıb.

Belə ki, 07.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb.

Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub.

07.11.2016-cı il tarixdə Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
1191

Son xəbərlər

Bütün xəbərlər