Bu il Azərbaycanda 257 piyada yol qəzasında ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Azərbaycanda 257 piyada yol qəzasında ölüb

12:37 - 14 / 11 / 2016
Bu il Azərbaycanda 257 piyada yol qəzasında ölüb

Bu ilin 10 ayında Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

1news.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib.

Nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər