General Aydəmirov: Erməni “İsgəndərləri” raket buraxmadan belə start meydançasında məhv ediləcəklər – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

General Aydəmirov: Erməni “İsgəndərləri” raket buraxmadan belə start meydançasında məhv ediləcəklər – FOTO - VİDEO

13:54 - 15 / 11 / 2016
General Aydəmirov: Erməni “İsgəndərləri” raket buraxmadan belə start meydançasında məhv ediləcəklər – FOTO - VİDEO

Noyabrın 12-si Azərbaycanda ermənilərin qorxu və təşviş içində izlədikləri Silahlı Qüvvələrimizin irimiqyaslı təlimlərinin 1-ci mərhələsi başlayıb.

1news.az-ın verdiyi məlumata əsasən, noyabrın 18-is bitəcək təlimlərdə şəxsi heyətin 60 minə yaxın hərbçisi, 50-dən çox təyyarə, 150-yə qədər tank və zirehli texnika, həmçinin 700-dək raket sistemləri iştirak edəcək.

Erməni tərəfi ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryanın simasında artıq bu təlimlərlə bağlı çıxış edərək “bununla Azərbaycanın öz gücünü nümayiş etdirmək istədiyini” qeyd edib.

Buna baxmayaraq, Ş.Koçaryan Ermənistanın SQ-nin bir az öncə - oktyabrda, Azərbaycanın işğal olunmuş ərazilərində ağır artilleriya cəlb etməklə irimiqyaslı təlimlərin keçirtdiyini dilə gətirməyi nədənsə yadırğayıb.

“Azərbaycanın Silahlı Qüvvələrinin təlimləri Ali Baş Komandanın komandanlığı altında bütün növ orduların və birləşmələrin cəlb edilməsi ilə keçirilir”, - deyə ehtiyyatda olan general-leytenant, hərbi mütəxəssis Yaşar Aydəmirov saytımıza müsahibəsində deyib.

Onun sözlərinə görə, bu cür təlimlər planlaşdırılmışdır və hər il keçirilir.

“Təlimlər Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəldilməsinə, bölmələrin uyğunluğuna, iri birləşmələr və hissələr arasında əlaqənin təşkilinə, və əlbəttə ki, irəliləmə və medafiə ilə bağlı tapşırıqların yerinə yetirilməsinə yönəlib”, - deyə mütəxəssis qeyd edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında işğaldan azad edilmiş ərazilərə səfər etməsinin təsadüfi olmadığını vurğulayıb.

“Beləliklə, işğalçı qüvvələrə ismarıc göndərilir ki, Azərbaycanın Silahlı Qüvvələri istənilən an torpaqları işğaldan azad edə bilər”, - deyə general-leytenant davam edib.

Y.Aydəmirov həmçinin qeyd edib ki, dövlət başçısı bu ərazilərə səfər edərək, ön cəbhədə, işğaldan azad edilmiş ərazilərdə vəziyyətlə tanış olub.

“Ali Baş Komandan hər bir an daha böyük bölmələrin, hissələrin, birləşmələrin cəlb edilməsi ilə hücumla və ya digər əməliyyatla bağlı əmr verə bilər. Hal-hazırda Silahlı Qüvvələr sistematik olaraq bütün növ silah və hərbi texnikanın cəlb edilməsi ilə komanda, komanda-qərargah təlimləri keçirir.

Erməni tərəfi həmişə təxribata əl atmağa çalışır, və əlbəttə ki, bu baş verərsə, Azərbaycan buna sarsıdıcı cavab verəcək.

Azərbaycanın bir-neçə bölməsinin təşəbbüsü əllərinə alaraq, əks-hücuma keçib strateji yüksəklikləri azad etdikdən sonra Ermənistanda bütün komanda heyətini istefaya göndəriblər.

Onların çox ciddi maddi-texniki və hərbi təminat ilə bağlı problemləri var. Buna görə də Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək qərarına gəldilər. Lakin bu əvəzetmə ilə onlar problemlri həll edə bilməyəcəklər”, - deyə mütəxəssis bildirib.

Y.Aydəmirov həmçinin Azərbaycana ciddi zərbələrin endirilməsi ilə bağlı təhdidlər səsləndirən erməni generalı Arkadi Ter-Tadevosyanın (“Kommandos”) sözlərini də cavabsız qoymayıb.

“Ermənilər bizə tərəf hər-hansısa bir raket buraxmağı hətta ağlından keçirsələr, Azərbaycan bütün Ermənistanı məhv edə bilər. Bizim Silahlı Qüvvələr bunu an içində qeyd edərək düşməni məhv edəcəklər. Erməni “İsgəndərləri” raket buraxmadan belə start meydançasında məhv ediləcəklər”, - deyə general bildirib.

1news.az

Paylaş:
980

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər