Elmar Məmmədyarov: Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, münaqişə də tezliklə öz həllinə tapar | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, münaqişə də tezliklə öz həllinə tapar

14:05 - 15 / 11 / 2016
Elmar Məmmədyarov: Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, münaqişə də tezliklə öz həllinə tapar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibə verib.

Bu haqda 1news.az XİN-ə istinadla xəbər verir.                                                                

Elmar Məmmədyarov müsahibəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayınca münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını bildirib:

“Ermənistan bu reallığı dərk edərsə və öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, tezliklə də münaqişə öz həllinə tapar”.

Məmmədyarov əlavə etdi ki, hal-hazırda Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirir, əksinə münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır:

“Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, Azərbaycana qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”.

“Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşdiyini deyən nazir Azərbaycanın hər iki sivilizasiyanın dəyərlərini daşıdığını və onlar arasında yalnız coğrafi baxımdan deyil, həm də mədəni baxımdan körpü rolunu oynadığını diqqətə çatdırdı. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsidir”.

Nazir Azərbaycanın bu ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyini və ölkəsinin BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini xatırladıb.

İspaniyanın Sivilizasiyalar Alyansına dəstəyini yüksək qiymətləndirən nazir E.Məmmədyarov son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişaf etdiyini və əlaqələrin gücləndiyini bildirdi:

“Bu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi potensialının və imkanlarının son həddi deyildir.  2016-ci ildə Avropa İttifaqı ilə əlaqələrdə iki mühüm ildönümünün qeyd olunub.  Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 20 illiyi və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyi”.

“Son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib”.

Xarici işlər naziri Azərbaycanın zəngin karbohidrogen resurslarına malik ölkə kimi əhəmiyyətli həcmdə xam neftin Avropa bazarlarına çıxarılmasını təmin etməklə Aİ-nin enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verdiyini qeyd etdi.

“Aİ ilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının ixracı Cənub Qaz Dəhlizi layihəsi üzərində işin aparılıb. Bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiya olunmasında mühüm amildir”.

Rusiya ilə əlaqələrə gəlincə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və qarşlıqlı faydalı şəkildə inkişaf etdiyini söylədi:

 “Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir, onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”.

Nazir Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu vurğuladı:

“Son illər ərzində Azərbaycan və Latın Amerikası ölkələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əsaslı səylər göstərirlər”.

1news.az

Paylaş:
594

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər