Azərbaycanda yeniyetmələrə yeni qadağa | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeniyetmələrə yeni qadağa

14:56 - 15 / 11 / 2016
Azərbaycanda yeniyetmələrə yeni qadağa

“Müasir dünyada qlobal çağırışlar gənclər siyasəti ilə bağlı qanuna dəyişikliyi zəruri edir”.

1news.az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliklər və əlavələrin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmilləşdirməyə ehtiyac yaranıb:

“Bütün bunları nəzərə alaraq gənclər siyasətini daha da təkmilləşdirmək istədik”.

Komitə sədri Fuad Muradov isə qeyd edib ki, dövlət başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasəti qanuna dəyişikliyi labüd edir:

“Qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var. Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyalarının da qanundan daha geniş şəkildə yararlanmasına diqqət yetirilir.

Bundan əlavə, məşğulluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərlə gənclərə pulsuz ümumitəhsil verilməsi, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman sağlamlıq mədəniyyət obyeklərindən pulsuz istifadə etmək imkanları yaradılmalıdır.

Eyni zamanda, qanuna gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı bir sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub.

Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradılması, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirilməlidir.

Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihədə, həmçinin 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqsədilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur.

Belə ki, Azərbaycanda 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, eləcə də şans və mərc oyunlarında birbaşa və dolayı yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirakı qadağan edilir.

1news.az

Paylaş:
416

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər