Sükan arxasında qadın olmaq necədir: UBER-in tərəfdaş-sürücülərinin qeyri-adi hekayələri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sükan arxasında qadın olmaq necədir: UBER-in tərəfdaş-sürücülərinin qeyri-adi hekayələri – FOTO

15:20 - 15 / 11 / 2016
Sükan arxasında qadın olmaq necədir: UBER-in tərəfdaş-sürücülərinin qeyri-adi hekayələri – FOTO

Bizim emansipasiya əsrimizdə demək olar ki, sırf kişi sənəti qalmayıb.

Bu səbəbdən də bu gün sizə qeyri-standart yol ilə - UBER-in  (şəhər içində gəzmək üçün avtomobil sifarişi ilə əlaqədar mobil əlavə yaradan beynəlxalq texnooji şirkət) tərəfdaş-sürücüləri kimi işləyən qadınlar haqqında danışacayıq.

Öz həyatlarını bu sənətə bağlayan 3 tamamilə fərqli qadın, öz hekayələrini bizə danışaraq qadınların sükan arxasında təhlükəli olduqları haqda stereotipi təkzib etdilər.

Xalidə Babayeva: “Oğlumu böyütməliydim, UBER-də isə yaxşı pul verirdilər”

Bizim ilk müsahibimiz Xalidə dərhal avtomobil sükanın arxasına oturmayıb. Əvvəlcə o, orta məktəbdə informatika dərsi deyib, lakin akademik sahatların sayının azaldılmasından sonra, pedaqoqun elə də yüksək olmayan maaşı daha da azaldı və o yeni iş axtarmaq məcburiyyətində oldu. Sonra Xalidə banklardan birində kassir işləyib, lakin Azərbaycanda bank sahəsinin faciəvi vəziyyəti yeni ixtisarlar dalğasına yol açıb. Beləliklə, illər əvvəl boşanmış, gənc qadın pullu fakultəyə daxil olmuş oğlu ilə birgə gəlirsiz, böyük borcla və avtomobil əvəzinə ödənilməmiş kreditlə qalıb.

Belə çətin vəziyyətə düşən Xalidə, sosial şəbəkələrdə elan yerləşdirərək, uşaqlar üçün fərdi sürücü kimi işləmək qərarı alıb. Lakin, bütün uşaqların bir vaxtda məktəbə getdiyini nəzərə alsaq, bu perspektivin yaxşı gəlir gətirməyəcəyi bilinirdi, buna görə də qadın UBER-in tərəfdaşı olmağa çalışıb.

“Bu işin əsas üstünlükləri bilirsiz nədədir? Mənim bir çox qurumlarda olduğu kimi, başımın üstündə dayanan və nə isə tələb edən rəisim yoxdur, bundan əlavə qrafiki özüm təyin edirəm. Səhər ayıldıram – “onlayn” rejimini qoşram və mənə sifariş gəlir, gördüm yorulmuşam, söndürürəm və evə gedib istirahət edirəm. Yəni, kimsə məni müəyyən vaxt işləməyə məcbur etmir və bu əladır”, - deyə X.Babayeva qeyd edib.

UBER-i istifadə edən auditoriyaya gəldikdə isə, həmsöhbətimiz həmişə ədəbli, özlərində sonra xoş təəsurat saxlayan, müştərilərlə rastlaşdığını bilirib.

Yeri gəlmişkən, onun oğlu anasının sürücü işləməsinə normal baxır. Və hətta, gələcəkdə UBER tərəfdaşı olmağı arzulayır.

“Yəqin ki, çox ünsiyyətcil insan olduğumu gördünüz. İnsanlarla tanış olmağı, onların hekayələrini dinləməyi, nə isə yeni şey öyrənməyi xoşlayıram... Ona görə də, öz profilim üzrə iş tapsam belə UBER-lə əməkdaşlığımı kəsməyəcəm”, - deyə X.Babayeva etiraf edib.

İranə Əfədniyeva: “Həmişə yolda olmağa o qədər öyrəşmişəm ki, işə qayıtmaq üçün məzuniyyətimi dayandırdım”

Müsahibimiz olan ikinci xanım kassir kimi işləyib, sonra isə mühasibata keçib. Avtomobilini 3 il öncə şəxsi istifadəsi üçün alıb, lakin, vaxt keçdikcə, maddi baxımdan heç bir persepktiv gözlənilmədiyindən fərdi sürücü kimi işləməyi qərara alıb.

“Bir çox təşkilatlara CV göndərdim, lakin 3 ay ərzində məni heç kim müsahibəyə çağırmadı. Sonra isə qohumum İnternetdə UBER haqqında məlumata rast gəldi və məni orada yaxşı gəlir əldə edə biləcəyimə inandırdı. İlk olaraq buna o qədər də inanmadım, sadəcə yoxlamaq istədim. Və hal-hazırda UBER-in fəal tərəfdaşı olaraq, bu şirkətə, belə çətin anlarımda mənə dəstək olduğu üçün, təşəkkürümü bildirirəm”, - deyə İranə qeyd edib.

Onun sözlərinə görə, həmişə yolda olmağa o qədər öyrəşib ki, evdə bir gün belə otura bilmir. Bir dəfə heç məzuniyyəti bitirə bilməmişdi. Bir neçə günlü doğma şəhərinə getmişdi, lakin işi üçün darıxdığı səbəbdən tez zamanda Bakıya qayıdıb.

“Burda şərait çox rahatdır. İstədiyimiz vaxt sistemə girib və çıxa bilirik. Bu da həm iş görməyə, həm də şəxsi məsələlərlə məşğul olmağa imkan yaradır. Heç bir adi işdə belə üstünlüklərə rast gələ bilməzsiniz”, - deyə o qeyd edib.

Həmçinin sürücü, UBER-lə əməkdaşlığı dönəmində bir dənə də olsun xoşagəlməz hal ilə rastlaşmadığını deyib və mükəmməl qurulmuş təhlükəsizlik sistemi sayəsində hətta gecələr belə iş vaxtı özünü təhlükəsiz hiss etdiyini etiraf edib.

İranənin sözlərinə görə, müştərilərlə də həmişə bəxti gətirib. Bir dəfə isə başı müştəri ilə söhbətə qarışdıqdan təyinat məntəqəsindən 7 kilometr uzaqlaşıb.

“Adətən gün ərzində, vaxtım olduğu qədər işləyirəm. Yeri gəlmişkən UBER-lə əməkdaşlıqdan sonra mənə fərdi sürücü kimi işləmək təklifləri gəlməyə başlayıb, lakin mən imtina edirəm. Çünki burada mən özüm özümün ağasıyam, yaxşı qazanıram, vaxtımı planlaşdırıram. Ayrı işdə isə belə imkanlarım olmayacaq”, - deyə İranə qeyd edib.

Rəna Şahverdiyeva: Bakıda UBER-dən daha çox ziyalı təbəqə istifadə edir.

Rəna 10 ildir ki, sürücülüklə məşğuldur. Əvvəllər taksi xidmətlərindən biri ilə əməkdaşlıq edirdi, hazırda isə UBER-in tərəfdaşıdır.

 “Ailəm sənətimi normal olaraq qəbul edir. UBER-lə əməkdaşlığım həm özümə, həm də ailəm üçün əla imkanlar verir”.

Həmçinin o qeyd edib ki, UBER-in fərqləndirici xüsusisyyəti –  burdakı müştərilər müasir və ziyalıdır, başqa sözlə, əhalinin daha inkişaf etmiş anlayışlı təbəqəsidir. Yəni onlar maşına əyləşərkən sürücünün qadın olduğunu gördükdə daha sakit və adekvat olaraq qəbul edirlər.

“Xüsusən də qlamur və vulqar xanımları sevmirəm. Çünki onlar istədikəri yerdə maşını saxlamadığım üçün iddia irəli sürürlər. Lakin mən neytrallığımı qoruyub saxlayıram. Eləcə də onların dediklərini yerinə yetirirəm və bu, xoşuma gəlir”.

Həmçinin Rəna qeyd edib ki, gün ərzində 8-10 saat, eləcə də gecələr də çalışa bilər.

“Bəzən çox dannışan müştərilər rast gəlir. Belə hallarda psixoloq olmaq lazımdır. Söhbəti davam etmək və ya nəcib surətdə susmaq da olar. Bu işdə müsbət məqamlar da çoxdur. Ən əsası isə UBER bizə öz iş qrafikimizi azad şəkildə qurmaq imkanı verib. Buna görə də işimi dəyişmək istəməzdim”.

Arayış

UBER –mobil xidmət vasitəsilə şəxsi sürücülü avtomobillərin çağırışı üçün beynəlxalq texnoloji şirkətdir.  Şirkət dünyanın 80 ölkəsndə və 500 şəhərində öz xidmətlələrini göstərir.

Qeyd edək ki, UBER BMT-nin (UN Women) Gender bərabərliyi məsələləri üzrə təşkilatı ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq dünyadakı bütün qadınların iqtisadi imkanlarının yüksəldilməsinə yönəlib. UBER 2020-ci ilədək qadın-sürücülər üçün 1 000 000  iş yerinin yaradılm asını öz öhdəliyinə götürüb.

Şirkətlə bağlı əlavə məlumat üçün bu saytdan tanış ola bilərsiniz: www.uber.com

Leyla Məmmədova

Foto: Lalə Quliyeva 

Paylaş:
3864

Son xəbərlər

Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldıBu gün, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdiBu gün, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıbBu gün, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTOBu gün, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”Bu gün, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilibBu gün, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİKBu gün, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilibBu gün, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilirBu gün, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilibBu gün, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçiribBu gün, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı veribBu gün, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?Bu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdırBu gün, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlibBu gün, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edibBu gün, 11:54İlham Əliyev Kamboca Kralını təbrik edibBu gün, 11:23Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”Bu gün, 11:21
Bütün xəbərlər