DAA prezidenti alman millət vəkili ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

DAA prezidenti alman millət vəkili ilə görüşüb

17:07 - 15 / 11 / 2016
DAA prezidenti alman millət vəkili ilə görüşüb

Dünya Azərbaycnlıları Assambleyasının prezidenti Rəşad Quliyev Almaniya Federativ Respubliksının Nordrhein Westfalen əyalətinin parlament üzvü, CDU Pariyasının rəhbərliyində təmsil olunan (hazırda iqtidarda olan Xristiyan Demokratlar Partiyası) Serap Gülerlə görüş keçirib.

1news.az-a DAA-nın mətbuat xidmətindən verilən xəbərə görə, görüşün əsas istiqamətinin DAA-nın məqsad və məramı haqqında millət vəkilinə məlumat vermək, eyni zamanda gələcəkdə CDU ilə DAA arasında əməkdaşlıq perespektivlərini müzakirə etmək olub.

Əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat vermək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılqlı hörmət və dostluq səviyyəsində fəaliyyət keçirmələri olduğunu söyləyən Rəşad Quliyev, eyni zamanda Dağlıq Qarabağın işğal edildiyi faktının da dünyaya çatdırılması və diplomatik səviyyədə bu məsələnin həll edilməsinə nail olmaqdan ibarət olduğunu deyib.

Öz növbəsində Serap Güler Azərbaycan haqqında məlumatlı olduğunu bildirib, Assambleyanın fəaliyyətinin onun üçün də maraqlı olduğunu qeyd edib.

Görüşün sonunda Serap Güler DAA ilə NRW parlamenti, həmçinin CDU partiyası arasında gələcək əməkdaşlığın qurulmasına öz tərəfindən dəstək verəcəyini, beləliklə rəsmi qurumlar və Assambleya arasında əməkdaşlıq körpüsünün yaradılmasına töhfə verəcəyini bildirib.

Daha sonra Rəşad Quliyev millət vəkilinə gələn ilin fevralın 4-də Kölndə keçiriləcək Dünya Azərbaycanlıları Köln Forumuna dəvət edib. O da bu tədbirə qatılacağını, özü ilə yanaşı CDU partiyasının fəal siyasətçilərini də dəvət edəcəyini bildirib.

1news.az

Paylaş:
897

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər