İlham Əliyev bir qrup şəxsi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev bir qrup şəxsi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib

18:24 - 15 / 11 / 2016
İlham Əliyev bir qrup şəxsi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib

Prezident İlham Əliyev Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Həsənli Sabir Hüseyn oğlu

Əliyev Füzuli Həbib oğlu

Yuşvayev Simax Barux oğlu

Şneor Seqal Yosef oğlu

Nesterov Aleksandr Gennadiyeviç”.

1news.az

Paylaş:
974

Son xəbərlər

Bütün xəbərlər