Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb

09:20 - 15 / 11 / 2016
Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliya Respublikasının rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaqdır.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər