Dolların qiyməti dəyişmədi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dolların qiyməti dəyişmədi

09:30 - 15 / 11 / 2016
Dolların qiyməti dəyişmədi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,6954 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8220 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,77% ucuzlaşaraq 0,0257 manata enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,78% zəifləyərək 0,5162 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1162 manatdır. Beləliklə, funt sterlinq 0,65%-lik azalma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 1% ucuzlaşaraq  0,6799 manat olub.

1news.az

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər