Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb

23:04 - 15 / 11 / 2016
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycana məxsus "An-12" tipli yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə bağlı ilkin hesabatını açıqlayıb, bu barədə Komitənin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsi 18 may 2016-cı il tarixində Əfqanıstanda qəzaya uğrayıb. Qəza Dvayer hava limanından uçuş zamanı baş verib. İcarəyə götürülmüş təyyarə beynəlxalq heyət üzvləri tərəfindən idarə olunub. Heyət üzvləri arasında 1 Özbəkistan (kapitan), 3 Ukrayna və 5 Azərbaycan vətəndaşı olub. Təyyarə uçuş zamanı sürət yığarkən uçma-enmə zolağından kənara çıxıb və qəzaya uğrayb.

Hesabatda qeyd olunur ki, torpaq ilə hərəkət zamanı təyyarə ciddi şəkildə zədə alıb ki, bu da yanğına səbəb olub və nəticədə təyyarənin böyük hissəsi məhv olub.

"Uçma-enmə zolağının çıxış kandarına təqribən 260 metr qalmış, 220 km/saat cihaz sürəti yığmış (maksimum yığılmış sürət) təyyarənin "özünə" şturvalının lülələrinin əyilməyə başlaması qeydə alınıb. Təyyarənin uçma-enmə zolağından qalxması baş verməyib. Bütün zolaq boyu hərəkət edən təyyarə, 220 km/saat sürət ilə torpaq hissəyə çıxıb", - deyə hesabatda bildirilir.

Həmçinin heyət üzvləri ilə son yoxlama sual-cavabı yerinə yetirilən zaman hava gəmisinin komandiri tərəfindən vintlərin dayağa quraşdırılması barədə komanda verilib. Bu göstərişdən sonra birinci və dördüncü mühərrikdə, 17 saniyədən sonra isə ikinci mühərrikdə fırlanma gücünü ölçən cihazın əhəmiyyətində kiçik artım qeydə alınıb ki, bu, dolayısı ilə birinci, ikinci və dördüncü mühərriklərin vintlərinin dayağa quraşdırılmasından xəbər verir.

"Üçüncü mühərrikin vintinin dayağa quraşdırılmasını göstərə biləcək əlamətlər isə qeydə alınmayıb", – deyə hesabatda bildirilir.

"An-12" Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Fəal şəkildə hərbi məqsədlər, fövqəladə vəziyyətlər, hərbi texnika və şəxsi heyətin daşınması, həmçinin sərnişin və yük daşınmaları üçün istifadə olunur.

Mövzu ilə əlaqədar oxuyun:       

AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ

Silk Way şirkətinə məxsus təyyarənin qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır

RIA Novosti 

Paylaş:
476

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTOBu gün, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİBBu gün, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56
Bütün xəbərlər