Mobil Şöbə-yə ipoteka və cərimələrin ödənişləri funskiyası əlavə olundu
İndi Mobil Şöbə əlavəsi vasitəsilə dövlət xidmətləri bölümündə Azərbaycan İpoteka Fondu xətti ilə ayrılan ipoteka kreditlərini, həmçinin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələri ödəmək mümkün oldu.
Bundan başqa, istifadəçilərə Mobil Şöbə üzərindən aparılan əməliyyatların aylıq və gündəlik limitləri haqqında məlumat funksiyası aktivləşdirilib.
Yeniliklər sırasında vəsaitlərin köçürülməsi üçün şablonların yeni növünü, əlavənin dizayn tərtibatını qeyd etmək istərdik. Həmçinin, istifadəçilərin xahişi ilə proqramdan istifadə zamanı rast gəlinən çatışmazlıqlar və nöqsanlar aradan götürüldü.
Xatırladırıq ki, Mobil Şöbə əlavəsi üzərindən smartfonla bank məhsullarından daha rahat və sadə şəkildə istifadə edilməsini təmin etməklə yanaşı, burada kartdan çıxarış, kreditlərin ödənilməsi, hesaba mədaxil, kommunal xidmət ödənişləri və s. imkanları da mövcuddur.
Mobil Şobə əlavəsinə aşağıdakı linklərə keçid etməklə yükləmək olar:
iOS - https://appsto.re/az/7jeFbb.i
Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe