Baş neanatoloq: “Vaxtından əvvəl doğulanlar arasında sağ qalanların sayı ilbəil artır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş neanatoloq: “Vaxtından əvvəl doğulanlar arasında sağ qalanların sayı ilbəil artır”

21:39 - 17 / 11 / 2016
Baş neanatoloq: “Vaxtından əvvəl doğulanlar arasında sağ qalanların sayı ilbəil artır”

"Vaxtından əvvəl və az çəkili doğulan uşaqların bir neçə faizində problemlərə rast gəlinir".

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, respublikanın baş neanatoloqu Rüstəm Hüseynov deyib ki, belə uşaqlarda sonrakı dövrdə tənəffüs problemləri, kəskin respirator infeksiyalara tez yoluxmaq halları, yaxud əzələ və dayaq-hərəkət, sümük sistemində, nevroloji problemlər müşahidə olunur : «Vaxtında tədbir görülsə, bu faizi kifayət qədər azalda bilirik. Dünya təcrübəsinə nəzər salsaq, hamiləliyin vaxtından əvvəl sonlanmasının əsas səbəblərindən biri hamiləlik zamanı yaranan infeksiyadır. Hər bir anada antenatal dövrdə yaranan problemlər vaxtından əvvəl doğuşun baş verməsinə səbəb ola bilər. 8 aylığında doğulan uşaqların 7 aylıqda doğulan uşaqlara nisbətdə yaşamaq şansı daha azdır. Çünki 8 aylıq uşaqlarda sinir sistemi daha həssas olur. Lakin vaxtından çox əvvəl doğulan uşaqlarda sinir sistemi bir o qədər inkişaf etməyib”.

R. Hüseynov qeyd edib ki, bütün dünyada vaxtından əvvəl doğuşlarda itkilər çox olur: “Ancaq elmin inkişafı ilə bağlı belə uşaqların fəsadsız sağ qalması faizi də artır. Azərbaycanda sağ qalan və fəsadsız olan vaxtından əvvəl doğulanların sayı ilbəil artır”.

1news.az

Paylaş:
988

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər