Samir Nuriyev: Sosial mənzillər tam təmirli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Nuriyev: Sosial mənzillər tam təmirli olacaq

14:01 - 18 / 11 / 2016
Samir Nuriyev: Sosial mənzillər tam təmirli olacaq

“Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikiləcək binalarda mənzillər orta bazar qiymətindən aşağı olacaq. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş şəkildə vətəndaşlara təqdim olunacaq”.

1news.az XəzərXəbər-ə istinadən xəbər verir ki, bu barədə agentliyin direktoru Samir Nuriyev AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, müəyyən kateqoriya insanlar, aztəminatlı ailələr və gənc ailələr güzəştli mənzil sistemindən istifadə edərək mənzilləri əldə edəcəklər.

“Mayın 1-dək “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılacaq. Bununla da vətəndaşlar güzəştli mənzillərə müraciətə çıxış əldə edəcəklər. “Güzəştli mənzil” sisteminə tələb olunan sənədlərin siyahısı və şərtləri açıqlanacaq. Bununla MİDA MMC-nin sərəncamında olan mənzilləri güzəştli və ipoteka krediti ilə əldə edəcəklər. İpoteka krediti ilə əldə olunduqda agent bankın verəcəyi kredit mənzil qiymətinin 90 faizini əhatə etməlidir”.

S.Nuriyev vurğulayıb ki, qaydalara əsasən həmin mənzillər əvvəlcədən qeydiyyat sisteminə düşəcək və binalar tikilmə prosesində artıq dövlət qeydiyyatına malik olacaq. Bu isə mənzilləri mülkiyyət hüququ sənədi ilə vətəndaşlara vermək hüququ yaradacaq.

Agentlik rəhbərinin sözlərinə görə, 11,6 hektarlıq ərazidə binaların tikilməsi üçün işçi planın hazırlanması başa çatır. Həmin ərazidə 2 minə yaxın 1,2,3 otaqlı mənzillər tikiləcək.

Qurum rəsmisi bildirib ki, “Güzəştli mənzil” sistemində qeydiyyat keçən vətəndaşlar mənzilləri elanlar vasitəsilə seçəcəklər. Güzəştli mənzilin 3 il müddətində icarəyə və ya kirayəyə verilməsi, həmin müddətdə özgəninləşdirilməsinə məhdudiyyət qoyulacaq.

1news.az

Paylaş:
3210

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər