Zakir Qaralov Şabranda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralov Şabranda vətəndaşlarla görüşəcək

15:34 - 18 / 11 / 2016
Zakir Qaralov Şabranda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il noyabrın 25-də saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən  rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata əsəsən, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şabran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28- 79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər