Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi İspaniya və Braziliya mətbuatının diqqət mərkəzində | 1news.az | Xəbərlər
Siyasət

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi İspaniya və Braziliya mətbuatının diqqət mərkəzində

09:22 - 18 / 11 / 2016
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi İspaniya və Braziliya mətbuatının diqqət mərkəzində

İspaniyanın “La Vanguardia” qəzetində və Braziliyanın Entertemiento.uol.br portalında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresindən bəhs edən məqalə dərc olunub.

“İnformasiya agentlikləri öz aktuallıqlarını qorumaq üçün yeniliklər tətbiq etməlidirlər” sərlövhəli yazıda Azərbaycan Prezidentinin Konqresin açılış mərasimindəki çıxışı xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident KİV-lərin müasir cəmiyyətdəki əhəmiyyətli rolundan söz açıb, həmçinin Ermənistanın Azərbaycana təcavüzünü, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsini qınayıb.

Məqalədə avstraliyalı ekspert xanım Meqan Brounlounun və AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun çıxışlarından sitatlar verilib.

AZƏRTAC

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər