Taksi sürücülərinə vaxt verildi - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksi sürücülərinə vaxt verildi - RƏSMİ

21:41 - 18 / 11 / 2016
Taksi sürücülərinə vaxt verildi - RƏSMİ

Bakıda taksilərə fərqlənmə nişanlarının verilməsi ilə bağlı artıq kifayət qədər iş görülüb.

1new.az xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, Bakıda taksi xidməti göstərən 15 minə qədər fiziki şəxs var:

“Artıq 8500-ə qədər taksi xidməti göstərən şəxs fərqlənmə nişanının alınması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib və fərqlənmə nişanı əldə ediblər. Göründüyü kimi taksi xidməti göstərən şəxslərin çoxu fərqlənmə nişanı alıb”.

N.Allahyarova deyib ki, Bakıda fəaliyyət göstərən taksilərlə bağlı hələki ciddi qərarlar qəbul edilməyib:

“Taksi xidməti göstərən şəxslərə gəlir əldə etdikləri sahədə həmin xidməti daha da təkmilləşdirmək üçün vaxt verilib. Fərqlənmə nişanın verilməsi qaydaları da çox rahatlaşdırılıb. Əvvəllər taksilər bir neçə orqana rüsum ödəyirdi, amma indi cəmi 18 manat ödəməklə fərqlənmə nişanı əldə edirlər. Hələki çalışırıq bir neçə ay fərqlənmə nişanının verilməsini təşviq və təmin edək. Taksi sürücüləri də agentlik yaranmazdan əvvəlki vəziyyətdən əziyyət çəkdikləri üçün çox narahatdırlar. Ancaq indi vəziyyət düzəlib, fərqlənmə nişanı almaq çox asanlaşıb. Bir neçə ay sonra Dövlət Yol Polisi ilə birgə monitorinqlər keçiriləcək və fərqlənmə nişanı olmayan taksilərlə bağlı tədbirlər görüləcək”.

1news.az

Paylaş:
745

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər