Hicran Hüseynova : "Əsir və itkin düşmüş, girov götürülmüş 60 uşaqdan xəbər yoxdur "
Bu gün Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayı 330 min 80 nəfərdir.
1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, onlar normal şəraitdən, uşaq mühitindən kənarda böyüyən uşaqlardır. Onun sözlərinə görə, belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də onlar uşaq vaxtlarındsn güclü stressdən keçib.
H.Hüseynova qeyd edib ki, Azərbaycanda müharibə dövründə əsir, itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır. Onlardan 20-nın qız, 40-nln isə oğlan olduğunu bildirən komitə sədri vurğulayıb ki, həmin uşaqlar haqqında uzun illərdir heç bir məlumat ala bilmirik:"Uşaqlar kompyuterdən istifadə edib həqiqətləri dünya tarixində çatdırmalıdır. Azərbaycan həqiqətlərinin dünyata çatdırılmasınsa, dövlət səviyyəsindən görülən işlırdən əlavə sizlərin də gücündən istifadə etmək istəyirik".
H.Hüseynova əlavə edib ki, bu gün komitəni narahat edən məsələlərdən biri də valideyn-uşaqlar arasında olan münasibətlərdir: "Bu münasibətlər bəzən düzgün qurulmur və onlar bir-birilərini başa düşmürlər. Son illər valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə də dəyişiklər olmalıdır. Əgər bu gün ata qızını ailə qurmağa məcbur edirsə artıq o, cinayət məsuliyyəti daşıyır. Bununla yanaşı o həm də qanunvericiliyi pozur. Bəzən valideynlər belə fikirlərləşirlər ki, uşaq özümündür və kimə, hansı ailəyə istəsəm verə bilərəm. Bu fikirlər tamamilə yanlışdır. Hər bir övlad gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür. Bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir".
1news.az