Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb

18:39 - 19 / 11 / 2016
Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edən insanların sayı açıqlanıb.

1news.az Report-a istinadən xəbər verir ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər