Sabah Bakıya sulu qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq

14:07 - 20 / 11 / 2016
Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.

Mülayim şimal-şərq küləyi  əsəcək. Havanın temperaturunun gecə 2-5° isti,  gündüz  5-7° isti, Bakıda gecə  2-4° isti, gündüz  5-7° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 783 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz  5-10° şaxta olacağı gözlənilir.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər