Bakıda şirkət avtomobili ağır qəza törətdi: qadın öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
1news.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində “İsuzu” markalı, H 02 962 dövlət qeydiyyat nişanlı minik avtomobili 55 yaşlı qadını vurub.
Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1news.az
678