Tovuzda ana ilə 4 yaşlı oğlu dəm qazından zəhərləndi
Tovuzda dəm qazından zəhərlənmə olub.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Düz Qırıqlı kənd sakini 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazı zəhərlənmə əlamətləri ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib.
Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G. Bağırova yaşadığı evdə hamamda övladını çimdirən zaman hər ikisi dəm qazından zəhərlənib.
1news.az
626