Yol qəzalarının ən çox baş verdiyi rayonların adları açıqlanıb – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol qəzalarının ən çox baş verdiyi rayonların adları açıqlanıb – SİYAHI

14:48 - 21 / 11 / 2016
Yol qəzalarının ən çox baş verdiyi rayonların adları açıqlanıb – SİYAHI

Son doqquz ildə “113” xidmətinin dispetçer mərkəzinə yol-nəqliyyat hadisələri ilə bağlı 9 394 müraciət qəbul edilib.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr edilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu hadisələr zamanı 12 223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib. Ölkədə yol nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayı azalmağa doğru gedir. Belə ki, bu ilin yanvar- oktyabr aylarında yol-nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin analoji göstəricisindən 7% azdır.

Ümumilikdə zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib. Tədbirdə o da bildirilib ki, yol-nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.

Bundan başqa, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol-nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı, həmçinin son 2 il ərzində azalmağa doğru gedir. Son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da azalıb. Belə ki, bu ilin yanvar ayından noyabr ayınadək yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib.

BŞTTYS-nin 21 bölməsi üzrə aparılan araşdırmalar göstərmişdir ki, yol-nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.

1news.az

Paylaş:
475

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər